82 yaşında vəfat edən Filiz Akın səssiz-sədasız dəfn edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün vəfat edən məşhur aktrisa Filiz Akın dəfn edilib.
BAKU.WS xəbər verir ki, sənətçi vəsiyyətinə əsasən Aşiyan qəbirstanlğında torpağa tapşırılıb.
Yaxın günlərdə Filiz Akının xatirəsinə bir proqram təşkil ediləcək. Aktrisanın səssiz-sədasız dəfn edilməsi müzakirələr yaradıb.
*** 16:38
"Yeşilçam" filmlərinin unudulmaz aktrisası Filiz Akın vəfat edib.
BAKU.WS xəbər verir ki, o 82 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bu barədə məlumatı ölkənin Səhiyyə Nazirliyi təsdiq edib.
Xatırladaq ki, aktrisa ötən ilin sentyabrından bədənində yaranan pnevmoniya və digər infeksiyalarla mübarizə aparırdı.
Qeyd edək ki, Filiz Akın (Suna Akın) 1943-cü il yanvarın 2-də Ankarada anadan olub. 1962-ci ildə kinoya addım atıb.
1960-cı illərin sonlarından 1970-ci illərə qədər "Yeşilçam"ın ən məşhur aktrisalarından biri olub. O Tarık Akan, Cüneyt Arkın, Kadir İnanır və Ediz Hun kimi dövrün aparıcı aktyorları ilə baş rolları paylaşıb.
Qalereya
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...