Fətullah Gülən harada dəfn olunacaq? - Fikir ayrılıqları var
FETÖ qruplaşmasının lideri Fətullah Gülənin aparıldığı xəstəxanada həyatını itirdiyi bildirilib. Terror təşkilatı liderinin ölüm xəbərini birbaşa FETÖ-nün media orqanları yayımlayıb. Bəs, Gülən harada dəfn olunacaq?
BAKU.WS xəbər verir ki, New York Polis Departamentinin keçmiş Cəmiyyət Koordinatoru Erhan Yıldırım bu mövzuya CNN TÜRK-də aydınlıq gətirib.
Erhan Yıldırım bildirib ki, "Onlar bir müddət əvvəl kiçik bir məzarlıq yaratmışdılar. Mümkündür ki, həmin ərazidə dəfn olunsun. Eyni zamanda bir təpənin üstündə bir ev görüntüsü yayımlanmışdı. O evin içini türbəyə çevirərək insanlara ziyarət üçün aça bilərlər. Bunu zaman göstərəcək."
Gülənin katibi Cevdet Türkyolu cənazənin onun nəzarəti altında tez bir zamanda dəfn edilməsini istəyir, lakin təşkilatın yaşlı nümayəndələri Avropadan gələcək şəxsləri gözləməyin tərəfdarıdırlar.
Məzarın yerinin məlum olub-olmaması ilə bağlı təşkilat daxilində qarışıqlıq var.
Oxşar xəbərlər
ABŞ Venesuela sahillərində ikinci tankeri ələ keçirdi – Karakas etiraz edir
ABŞ Venesuela sahillərində ikinci neft tankerinə əl qoyduğunu təsdiqləyib. Vaşinqton bu addımı sanksiya altında olan neftin "qanunsuz dövriyyəsi" ilə izah edir...