FETÖ lideri Fətullah Gülənin məzarı şüşə ilə əhatə olunub

FETÖ lideri Fətullah Gülənin məzarı şüşə ilə əhatə olunub
Foto
Dünya 150

ABŞ-nin Pensilvaniya ştatında vəfat edən FETÖ lideri Fətullah Gülənin məzarı diqqət çəkib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Gülənin vəfatından sonra Pensilvaniyadakı evinin bağçasında dəfn edildiyi, məzarının şüşəli pəncərələrlə əhatə olunduğu qeyd edilir. Məzarın yerləşdiyi ərazidə həmçinin ekskavatorlar və tikinti texnikası da mövcud olub.

İhlas Xəbər Agentliyi tərəfindən əldə edilən məlumatlara görə, məzara yaxın ərazidə silahlı mühafizəçilər görünməsə də, qonaq evlərində hərəkətlilik və çoxlu maşınların olması müşahidə edilib. Həmçinin, FETÖ liderinin ölümündən sonra təşkilatın üst rəhbərliyinin yenidən bir araya gəldiyi bildirilir. Bu, əsasən Gülənin mirası ilə bağlı baş verən mübahisələrdən qaynaqlanır.

Son zamanlarda, FETÖ-nün Pensilvaniyadakı qərargahında təşkilat daxilində gərginliklərin artdığı və taxt davaları səbəbilə ciddi iğtişaşların baş verdiyi bildirilib. Yeni təhlükəsizlik tədbirlərinin və menecerlər arasında münaqişələrin, təşkilat daxilində parçalanmaya səbəb ola biləcəyi ehtimal edilir.

Son xəbərlər