Ferdi Tayfurun 40 mərasimində izdiham yaşandı

Ferdi Tayfurun 40 mərasimində izdiham yaşandı
Foto
Dünya 176

Ötən gün mərhum müğənni Ferdi Tayfurun 40 mərasimi keçirilib. 

BAKU.WS xəbər verir ki, İstanbul, Adana və Marmaris şəhərlərində onun mövludu oxudulub. Sənətçinin sevənləri yas mərasimində izdiham yaradıb. 

"Eyüp Sultan" və "Barbaros Hayrettin Paşa" məscidlərində təşkil edilən mərasimə ifaçın həyat yoldaşı Necla Nazır və övladları da qatılıblar. 

Tuğçe Tayfur jurnalistlərin vəsiyyətnamə ilə bağlı suallarına məruz qalıb. O isə cavabında "Bu gün bu barədə danışmayaq. Xahiş edirəm! Bu gün yalnız dua edək. Hər yerdə atam üçün dualar oxunsun"- deyə bildirib. 

Mövluddan sonra Timur Turanbayburt da jurnalistlərin suallarını cavablandırıb. O baş verənlərdən dolayı kədərli olduqlarını qeyd edib. 

Müğənninnin həyat yoldaşı Necla isə Ferdiyə Allahdan rəhmət diləyib. O bundan sonra jurnalistlərə heç bir mövzuda açıqlama verməyəcəyini bildirib. 

"Allah razı olsun, hər kəsə təşəkkür edirəm. Nurlar içində yatsın. Bundan başqa heç nə deyə bilmərəm! Heç bir halda biz danışmırıq! Bizim üçün mediaya açıqlama bitdi! Mətbuatla hər şey bitdi! Təşəkkür edirəm".

Xatırladaq ki, Ferdi Tayfur bu ilin yanvarında qaraciyər və böyrək çatışmazlığından vəfat edib. 

Son xəbərlər