Fələstinin Ermənistandakı ilk səfiri etimadnaməsini prezidentə təqdim edib
Yeniliklərdən dərhal xəbərdar olun
Fələstinin Ermənistan tarixindəki ilk səfiri İsa Kassisen etimadnaməsini prezident Vaaqn Xaçaturyana təqdim edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan prezidenti, səfiri vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib və ona diplomatik xidmətində uğurlar arzulayıb. Öz növbəsində İsa Kassisen qəbula görə təşəkkürünü bildirib və ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün bütün səylərini göstərməyə hazır olduğunu vurğulayıb.
Görüş zamanı əməkdaşlığın inkişaf perspektivləri, siyasi dialoqun fəallaşdırılması və humanitar sahədə təcrübə mübadiləsi müzakirə olunub. Tərəflər həmçinin regionda mövcud olan reallıqları müzakirə edib, sülh, sabitlik və mehriban qonşuluq prinsiplərinə sadiqliyin vacibliyini təsdiqləyiblər.
Xatırladaq ki, 2024-cü ilin iyununda Ermənistan Fələstinin dövlət müstəqilliyini tanıyıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...