Esma Əsədin bu ölkəyə girişinə icazə verilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya səyahət sanksiyaları tətbiq etdiyi vətəndaşı Esma Əsədin ölkəyə girə bilməyəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, məlumata əsasən, Esma Əsədi 2020-ci ildə vaxtı bitən ingilis pasportunu yeniləmədiyi üçün heç bir səyahət sənədi yoxdur və tətbiq olunan sanksiyalar səbəbindən İngiltərəyə girməsi mümkün deyil.
Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper deyib ki, Esma Əsədin ölkəyə girişinə icazə verilməyəcək.
Ölkənin xarici işlər naziri Devid Lemmi isə dekabrın 9-da "Əsəd sanksiyalara məruz qalan şəxsdir və burada xoş qarşılanmayacaq" deyə açıqlama verib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...