Eş-Şəbabın ali lideri öldürüldü
ABŞ Afrika Komandanlığı (AFRICOM) tərəfindən verilən məlumata görə, ABŞ qüvvələri Somali ordusu ilə birgə həyata keçirdiyi əməliyyat zamanı terror təşkilatı Eş-Şəbabın yüksək səviyyəli lideri Məhəmməd Mireni və təşkilatın 10 üzvünü məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat paylaşıb.
Açıqlamaya əsasən, əməliyyat Somali Respublikasının Jubaland bölgəsində baş tutub. Hava hücumları nəticəsində Əl-Qaidə ilə əlaqəli Eş-Şəbab təşkilatının 10 üzvü və liderlərindən biri olan Məhəmməd Mire zərərsizləşdirilib.
AFRICOM-un komandanı General Maykl Langli açıqlamasında terror təşkilatlarının qlobal təhlükə olmağa davam etdiyini vurğulayıb:
"Eş-Şəbab terrorçuları bu qlobal təhdidlərdən biridir. Onlara və digər terror qruplarına qarşı mübarizə aparmaq üçün həmfikir ölkələrlə əməkdaşlıq edirik. Bu beynəlxalq təhdidlərə qarşı birlikdə mübarizə aparmaq regional təhlükəsizlik, sabitlik və rifahı təmin edir."
Hadisə regionda terrorizmlə mübarizənin davam etdiyini və bu əməliyyatların beynəlxalq səviyyədə koordinasiya olunduğunu bir daha göstərir.
Oxşar xəbərlər
Fransadan rüsvayçı addım: Xamenei, Putin və Kim Çen Inın təsvirləri təhqir edildi
Fransadan beynəlxalq siyasi qalmaqala səbəb ola biləcək görüntü yayılıb. Oxu.Az xəbər verir ki, fotonu "Azad İran" yayıb. Məlumata görə, Fransada vədəndaşları m...