Ermənistanın iqtisadiyyat naziri ölkədə benzinin qiymətinin ucuzlaşdığını açıqlayıb
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan ölkədə benzinin qiymətinin ucuzlaşdığını bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Papoyan bu məlumatı "Facebook" səhifəsində yerləşdirib.
Onun sözlərinə görə, benzinin qiymətində azalma təxminən 15 % təşkil edib.
"Benzinin qiyməti: dekabr ayının əvvəlində - 510 dram/l (təxminən 2 manat 30 qəpik - red.), indi - 430 dram/l (təxminən 1 manat 93 qəpik - red.). Fərq - 80 dram/l və ya −15,7 %.
Dizelin qiyməti: dekabr ayının əvvəlində - 480 dram/l, indi - 410 dram/l, fərq - 70 dram/l və ya −14,6 %", - nazir yazıb.
O qeyd edib ki, Azərbaycanın neft məhsullarını da alan böyük yanacaqdoldurma stansiyası şəbəkələrindən biri yaxın günlərdə yanacağı daha ucuz qiymətlərlə satışa çıxaracaq.
Daha əvvəl o, Ermənistan İctimai Televiziyasının efirində Azərbaycanla sülh prosesinin ilk iqtisadi nəticələri haqqında danışıb.
Xatırladaq ki, yanvarın 11-də Azərbaycan Ermənistana üçüncü dəfə yanacaq göndərib.
Qalereya
Oxşar xəbərlər
Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Tə...