Ermənistanda sükut günü başlayıb
Ermənistanda növbədənkənar parlament seçkiləri öncəsi "sükut günü" qüvvəyə minib.
BAKU.WS xəbər verir ki, qadağa yerli vaxtla gecə yarısından etibarən tətbiq olunmağa başlayıb.
Ermənistan qanunvericiliyinə əsasən, bu müddətdə partiya və blokların təşviqat aparması, seçicilərlə görüş keçirməsi, mediada və sosial şəbəkələrdə təbliğat materialları paylaşması, həmçinin televiziya və radio çıxışları qadağandır.
Bununla yanaşı, küçələrdə əvvəldən yerləşdirilmiş plakat və bannerlərin götürülməsi tələb olunmur. Hazırda seçki məntəqələrində səsvermə öncəsi son hazırlıq işləri aparılır. Məntəqə seçki komissiyaları səsvermə qutularını və digər avadanlıqları quraşdırır. Ənənəvi olaraq, məntəqələrin böyük hissəsi məktəb və digər təhsil müəssisələrində yerləşir.
Oxşar xəbərlər
İzmirdə 85 qanunsuz miqrant saxlanılıb
Türkiyənin İzmir vilayətinin sahillərində 85 qanunsuz miqrant saxlanılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Sahil Mühafizəsi Komanda...