Ermənistanda qalmaqal: Arxiyepiskopun intim xarakterli videoları yayıldı

Ermənistanda qalmaqal: Arxiyepiskopun intim xarakterli videoları yayıldı
Dünya 211

Ermənistanda Eçmiədzin Ana Taxtının dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryanla bağlı olduğu iddia edilən qalmaqallı intim videogörüntülər geniş müzakirələrə səbəb olub.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, arxiyepiskop Xaçatryanın iştirak etdiyi iddia edilən intim xarakterli videolar yayılıb, daha sonra silinib.

Xaçatryan verdiyi bəyanatda bu videolarla bağlı hər hansı bir əlaqəsinin olmasını təkzib edib.

O bunu hakim siyasi qüvvənin təşviqat kampaniyasının təxribatı, uydurma və böhtan adlandırıb.

"Cənablar və xanımlar, enerjinizi qoruyun, bu, sizə məsuliyyətli bir saatda, "üzlərinizin digər tərəfi"nin tam şəkildə ortaya çıxacağı zamanda lazım olacaq", - deyə Arşak Xaçatryan hökumət rəsmilərinə müraciət edərək qeyd edib.

Son xəbərlər