Ermənistanda müxalifətçi deputat iki aylıq həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan parlamentinin müxalif "Ermənistan" (Hayastan) fraksiyasından olan deputatı, prokurorluq tərəfindən konstitusiya quruluşunu devirmək üçün terror aktları hazırlamaqda ittiham olunan Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aram Vardevanyan məlumat verib.
"Məhkəmə Sarkisyanın 2 ay müddətinə həbs edilməsinə qərar verib", - o bildirib.
Xatırladaq ki, ötən gün ölkə parlamenti tərəfindən deputat toxunulmazlığından məhrum edilən deputat Artur Sarkisyan saxlanılması üçün könüllü olaraq İstintaq Komitəsinə gedib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...