Ermənistanda keçmiş deputat hakimiyyətin devrilməsinə açıq çağırışlara görə həbs edilib

Ermənistan parlamentinin keçmiş deputatı, müxalifət olan Ruben Akopyan "hakimiyyətin devrilməsinə açıq çağırışlar" ittihamı ilə həbs edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, uyğun qərar iyulun 19-da İrəvanın ümumi məhkəməsi tərəfindən qəbul edilib.
Qeyd edək ki, iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi, rusiyalı erməni milyader Samvel Karapetyanı saxlayıblar. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur. Rusiyalı milyarder iki ay müddətinə həbs edilib. Ondan bir müddət əvvəl eyni ittihamla arxiyepiskop Baqrat, terror aktları hazırlamaqda və hakimiyyəti ələ keçirməyə cəhddə şübhəli bilinən, arxiyepiskop Mikael Acapahyan, həmçinin "Müqəddəs mübarizə" müxalifət hərəkatının bəzi tərəfdarları həbs ediliblər.
Oxşar xəbərlər
Xamənei Trampa: Zənn elə ki, nüvə sənayemizi məhv etmisən
ABŞ Prezidenti Donald Tramp İranın nüvə sənayesini məhv etdiyini düşünə bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri ayətulla...
