Ermənistanda Azərbaycandan idxal olunan benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan idxal edilən benzinin keyfiyyəti ilə bağlı problem qeydə alınmayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ölkənin Bazara Nəzarət üzrə Təftiş Orqanının rəhbəri Armen Kotolyan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, gətirilən partiyalardan götürülmüş yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laborator müayinələrdən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki tələblərinə cavab verdiyini göstərib.
"Keyfiyyət baxımından pozuntular aşkar edilməyib. Bununla belə, yanacaqdoldurma məntəqələrində yoxlamalar zamanı biz satılan yanacağın mənşə ölkəsini müəyyən etmirik", - Kotolyan qeyd edib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...