Ərdoğan və Tramp Haaqada Yaxın Şərq və Ukrayna məsələlərini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla Haaqada görüş keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, liderlər ikitərəfli münasibətləri, Yaxın Şərqdəki atəşkəs razılaşması, Qəzzadakı humanitar vəziyyət və Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli kimi məsələləri müzakirə ediblər.
Ərdoğan, Trampın təşəbbüsü ilə əldə olunan İsrail-İran atəşkəsini alqışlayıb, onun daimi olacağına ümid etdiyini bildirib. Tərəflər həmçinin NATO-nun çəkindirici gücünün artırılmasına, eləcə də enerji, investisiya və müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...