Ərdoğan: "Ermənistanla normallaşma prosesi Azərbaycanla birlikdə aparılır"
"Qonşu Ermənistanla əlaqələrin müsbət məcraya yönəldilməsi məqsədilə müvafiq fəaliyyətlər həyata keçirilir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, regiondakı və sərhədyanı ölkələrlə əlaqələr yüksək səviyyədə qurulmalıdır.
"Ermənistanla münasibətlərin normallaşması prosesini Azərbaycanla razılaşdırılmış formada, mərhələli şəkildə inkişaf etdiririk. Bu kontekstdə, Xəzər dənizi vasitəsilə Asiya və Avropa arasında ticarət üçün ən etibarlı yol olan Orta Dəhliz təşəbbüsünü qətiyyətlə dəstəkləməyə davam edirik", - deyə Türkiyə prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....