Ərdoğan Baydenlə şam yeməyindən imtina edib

Ərdoğan Baydenlə şam yeməyindən imtina edib
Dünya 153

Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra vacib görüşlər keçirib.

BAKU.WS NTV-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti əvvəlcədən planlaşdırılan Ağ Ev rəhbəri Co Baydenlə şam yeməyinə qatılmaqdan imtina edib.

Ərdoğan Türkiyəyə geri qayıtmazdan əvvəl "NBC News" kanalından Keir Simmonsa müsahibə verib və ABŞ-nin İsrailə verdiyi dəstəyi tənqid edib: "Bir çox Qərb dövlətləri İsrailə qarşı susmağa davam edir və İsrailə qarşı münasibət formalaşdırmayıb. Təəssüf ki, NATO müttəfiqləri arasında İsrailin yanında olan ölkələr var. ABŞ də bu ölkələrdən biridir. Co Bayden bir tərəfdən İsraili tənqid edir, digər tərəfdən də fərqli formada dəstəkləyir. ABŞ İsrailə silah və sursat yardımı edir, dəstək üçün Aralıq dənizinə təyyarə daşıyan gəmisi göndərir".

Son xəbərlər