Ərdoğan Balıkesirdəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb
28
okt
2025
01:22
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı prosesi nəzarətə götürüb.
BAKU.WS xəbər verir ki, Türkiyə lideri bu barədə "X" hesabında paylaşım edib.
"Başda AFAD olmaqla, aidiyyəti qurumlarımız sahədə araşdırma və nəzarət işlərini böyük diqqətlə davam etdirirlər. Biz də prosesi yaxından izləyirik", - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Məlumata görə, zəlzələ nəticəsində bir neçə binada dağıntı qeydə alınıb.
Oxşar xəbərlər
İrandan "atom bombası" açıqlaması: Müzakirədən başqa yol yoxdur
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin nüvə proqramı ilə bağlı narahatlıqların yalnız diplomatik yolla aradan qaldırıla biləcəyini bildirib. Onun söz...