Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
İranın xarici işlər naziri Abbas Əraqçi Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücuma görə Ukraynanı ittiham edib.
BAKU.WS xəbər verir ki, nazir bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Əraqçi bildirib ki, hücum nəticəsində bir dənizçi həlak olub. O, hadisəyə görə Ukrayna Prezidenti Volodimir Zelenskini məsul tutaraq bunun cavabsız qalmayacağını vurğulayıb.
İran XİN rəhbəri qeyd edib ki, məsələ Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas, eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi telefon danışıqları zamanı da müzakirə olunub.
"Bu hücumun cavabsız qalmayacağını açıq şəkildə bildirdim", – deyə Əraqçi paylaşımında qeyd edib.
Xatırladaq ki, daha əvvəl İran tərəfi Xəzər dənizində üzən ticarət gəmisinin Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qaldığını, hadisə nəticəsində bir nəfərin öldüyünü, iki nəfərin isə yaralandığını açıqlamışdı. Ukrayna tərəfi isə hələlik bu iddialarla bağlı rəsmi mövqe açıqlamayıb.
Oxşar xəbərlər
İordan çayının Qərb sahilində toqquşmalar şiddətləndi
İordan çayının Qərb sahilində Fələstin müqavimət qrupları ilə İsrail ordusu arasında gərgin qarşıdurmalar davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Livanın...