Emin Ağalarov "Krokus Siti Holl"un bərpa olunub-olunmayacağını açıqladı

Emin Ağalarov Krokus Siti Hollun bərpa olunub-olunmayacağını açıqladı
Dünya 195

Moskva yaxınlığındakı Krasnoqorskda terror aktı nəticəsində dağıdılan "Krokus Siti Holl" konsert zalının gələcəyi qeyri-müəyyən olaraq qalır.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Agalarov Development" şirkətinin prezidenti, Azərbaycanın Xalq artisti  Emin Ağalarov deyib.

Onun sözlərinə görə, hazırda bina bərbad vəziyyətdədir və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov artıq onu bərpa etmək planının olmadığını bəyan edib.

Ağalarov onu da qeyd edib ki, hətta onun atası, "Krokus Qrup"un sahibi Araz Ağalarov zalı yenidən tikmək qərarına gəlsə belə, bunun üçün böyük maliyyə xərcləri – on milyonlarla dollar tələb edir.

O, "Krokus Siti Holl"un hər zaman kompleksə ziyarətçilərin cəlb edilməsində mühüm rol oynadığını, lakin biznes baxımından bunun sərfəli olmadığını vurğulayıb. RİA Novosti xəbər verir ki, hətta ən uğurlu ildə də konsert zalının gəliri cəmi bir milyon dollara yaxın olub.

Son xəbərlər