Əməliyyatsız şiş MÜALİCƏSİ: Dondurularaq məhv edilir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Akdeniz Universiteti Xəstəxanasında yeni müalicə üsulu – kriyoablasiya tətbiq olunmağa başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə trt haber məlumat yayıb.
Bu üsulla əməliyyatla götürülməsi mümkün olmayan və riskli yerlərdə yerləşən şişlər xüsusi iynələrlə dondurularaq məhv edilir. Lokal anesteziya ilə aparılan prosedur xəstənin eyni gün evə buraxılmasına imkan yaradır.
Uğurlu nəticələr göstərən bu texnika, xüsusilə əməliyyat riski olan xəstələr üçün əhəmiyyətli alternativ sayılır. Klinik nəticələrə əsasən, kriyoablasiya ilə müalicə olunan şişlər bir neçə həftə ərzində görünməz hala gəlir. Akdeniz Universiteti bu üsulu tətbiq edən azsaylı dövlət xəstəxanalarından biridir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...