Elon Mask Trampın büdcə qanun layihəsini sərt tənqid etdi

Elon Mask Trampın büdcə qanun layihəsini sərt tənqid etdi
Dünya 26

ABŞ milyarderi Elon Mask prezident Donald Trampın təqdim etdiyi büdcə qanun layihəsini sərt şəkildə tənqid edib. O, bu layihənin ölkəni "borc əsarətinə" sürükləyəcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Mask "X" sosial şəbəkəsində paylaşımında yazıb: "Bu qanun borc limitini 5 trilyon dollar artırır. Bu, tarixdə ən böyük artımdır və Amerika üçün borc əsarətinə gedən yol deməkdir".

Onun fikrincə, layihə ABŞ-də milyonlarla insanın işini itirməsinə səbəb olacaq və ölkəyə strateji ziyan vuracaq.

Sənəddə bir çox sahədə dövlət xərclərinin azaldılması və vergi güzəştləri nəzərdə tutulur. Eyni zamanda müdafiə xərcləri artırılır, o cümlədən "Qızıl Günbəz" adlı raketdən müdafiə sistemi yaradılır. Sərhəd nəzarətinin gücləndirilməsi də layihədə yer alıb.

Qanun layihəsi 22 mayda Nümayəndələr Palatası tərəfindən qəbul olunub. Senatdan keçdikdən sonra prezidentin imzasına təqdim ediləcək.

Son xəbərlər