Elm adamlarından qorxu salan AÇIQLAMA - Bu aydan başlayıb dünyaya təsir edəcək

Dünya Meteorologiya Təşkilatı (WMO) sentyabrdan etibarən qlobal hava şəraitinə təsir göstərəcək La Ninahadisəsinin başlayacağını açıqlayıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, qurum, La Nina-nın müvəqqəti soyutma effektinə baxmayaraq, dünyanın böyük hissəsində temperaturun yenə də normadan yuxarı olacağını bildirib.
Təşkilat El Nino və La Nina hadisələrinin təsirlərinə dair yeni hesabat yayımlayıb. Sənəddə qeyd olunub ki, 2025-ci ilin martından bəri nə El Nino, nə də La Nina müşahidə olunmayıb, "neytral" iqlim şəraiti davam edib. Ekvatorial Sakit okeanda dəniz səthinin temperatur göstəricilərinin orta həddə yaxın olması bu ay gözlənilən La Nina-nın tədricən formalaşmasına zəmin yaradır.
Hesabatda vurğulanıb ki, sentyabr-noyabr aylarında həm şimal, həm də cənub yarımkürəsinin böyük hissəsində istilərin normaldan yüksək olması gözlənilir.
Dünya Meteorologiya Təşkilatının Baş katibi Seleste Saulo bildirib ki, El Nino və La Nina üçün mövsümi proqnozlar və onların hava şəraitinə təsirləri iqlim sahəsində mühüm kəşfiyyat alətidir:
"Bu proqnozlar kənd təsərrüfatı, enerji, səhiyyə və nəqliyyat kimi əsas sahələrdə milyonlarla dollar qənaət imkanı yaradır. Həmçinin hazırlıq və müdaxilə tədbirlərinə yol göstərərək minlərlə insanın həyatını xilas edə bilir."
Xatırladaq ki, El Nino hadisəsi əsasən okeana yaxın bölgələrdə, daha sonra isə qlobal miqyasda istilərin artmasına səbəb olur. Bunun əksi olan La Nina isə daha sərin hava şəraiti ilə xarakterizə olunur. Bu iki hadisə arasındakı keçid dövründə isə təbii, neytral şərait müşahidə edilir.
Oxşar xəbərlər
İlon Maskın uçan maşınları yenidən sınaqdan keçirildi - Fantastik qiyməti gözdən qaçmadı
ABŞ-li milyarder iş adamı İlon Maskın maliyyə dəstəyi ilə hazırlanan uçan avtomobil sınaq uçuşlarına başlayıb. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, K...
