Əkrəm İmamoğluna qarşı irəli sürülən ittihamlar AÇIQLANDI

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğluna qarşı yönəldilən ittihamlar açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
İmamoğlu "terrorla mübarizə aparan şəxsləri hədəf göstərmək", "dövlət məmurunu vəzifəsinə görə açıq şəkildə təhqir etmək" və "təhdid" maddələri üzrə mühakimə olunur.
Məhkəmə iclasında Əkrəm İmamoğlu və onun vəkilləri iştirak ediblər. CHP sədri Özgür Özəl və partiyanın digər üzvləri də məhkəməyə qatılıblar.
İttihamlar sübuta yetirilərsə, İmamoğlu 2 il 8 aydan 7 il 4 aya qədər azadlıqdan məhrum edilə bilər.
Oxşar xəbərlər
Bu su şüşələri alıcıları kor etdi - 850 000 şüşə satışdan çıxarılır
ABŞ-də istehal edilən "Walmart" markalı su şüşələri onu alan müştəriləri kor edib. BAKU.WS xəbər verir ki, ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiy...