Əfqanıstanda kişi qiyafəsində olan cadugərlər mühakimə ediləcək

Əfqanıstanda kişi qiyafəsində olan cadugərlər mühakimə ediləcək
Dünya 71

Əfqanıstanda uzun illər şəriət qanunlarını pozan iki qadın cadugər saxlanılıb. Onların kişi geyimi geyindiyi və mövhumat yaydığı bildirilir.

BAKU.WS xəbər verir ki, bu barədə Əfqanıstanın Əxlaqın təşviqi və pisliyin qarşısının alınması nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Paktika vilayətinin Bərmal rayonunda uzun illər ərzində kişi kimi geyinən, kişi saç düzümü saxlayan və şəriətə zidd olaraq cadugərliklə məşğul olan iki qadın saxlanılıb", - deyə məlumatda qeyd olunub.

Məlumata görə, bu şəxslərlə bağlı əhali tərəfindən şikayətlər daxil olub. Bildirilir ki, saxlanılanların üzərindən cadugərliklə bağlı kitablar və müvafiq alətlər aşkarlanıb.

Hakimiyyətin versiyasına əsasən, bu, insanların aldadılması və ailələr arasında ixtilaf salınması planlarından xəbər verir.

İlkin araşdırmadan sonra təqsirləndirilən şəxslər məhkəmə orqanlarına təhvil verilib və onların işi şəriət qanunlarına uyğun şəkildə araşdırılacaq. İslam hüququnda cadugərlik ağır günahlardan biri hesab olunur.

Son xəbərlər