Efiopiyada ilk dəfə insan alverçilərinə ölüm hökmü çıxarılıb

Efiopiyada insan alverinə görə 5 nəfərə ölüm hökmü çıxarılıb. Bu, ölkə tarixində sözügedən cinayətə görə belə ağır cəzanın tətbiq olunduğu ilk haldır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Africanews" xəbər portalı məlumat yayıb.
Məlumata görə, beş nəfərdən ibarət qrup Qırmızı dəniz və Yəmən vasitəsilə Afrika buynuzundan Fars körfəzi ölkələrinə iş axtarmaq üçün gedən minlərlə miqrantın istifadə etdiyi marşrut üzrə əməliyyatlarla əlaqədar məhkum edilib.
Qərar əlverişsiz hava şəraiti səbəbindən Ədən körfəzində əksəriyyəti efiopiyalı miqrantlardan ibarət 154 nəfərin olduğu gəminin batması ilə nəticələnən son faciədən sonra verilib. İnsident nəticəsində 86 nəfər ölüb, onlarla insan itkin düşüb. "Africanews" qeyd edib ki, son hadisə miqrantların öz talelərini insan alverçilərinə həvalə etdikləri zaman üzləşdikləri ölümcül təhlükəni bir daha göstərib.
Efiopiyanın ədliyyə orqanları bu qərarı insan alverinə qarşı mübarizədə dönüş nöqtəsi adlandırıblar.
Efiopiyada ölüm hökmü qanunidir, lakin ondan nadir hallarda istifadə olunur: sonuncu belə hökmün həyata keçirilməsindən 10 ildən də çox vaxt keçir.
Oxşar xəbərlər
Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq
"Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin P...