Əcnəbilərin Rusiyaya giriş qaydası dəyişəcək - Bu tarixdən…
Yeniliklərdən dərhal xəbərdar olun
30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya daxil olan əcnəbi vətəndaşlar sərhədi istənilən buraxılış məntəqəsindən keçərkən barmaq izlərini və üz fotosunu təqdim etməli olacaqlar.
BAKU.WS xəbər verir ki, Tass bu barədə Rusiya hökumətinin müvafiq fərmanına istinadən məlumat yayıb.
Dəyişikliklər Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, digər dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatlarına və əməkdaşlarına, habelə onların ailə üzvlərinə, beynəlxalq təşkilatların və onların Rusiya Federasiyasında akkreditə olunmuş nümayəndəliklərinin əməkdaşlarına şamil edilmir.
Rusiya ərazisinə vizasız daxil olmaq üçün əcnəbilər əvvəlcədən xüsusi ərizədə biometrik məlumatları təqdim edə, şəxsi məlumatları və səfərlərinin məqsədləri barədə məlumatları əks etdirən ərizə təqdim edə biləcəklər.
2024-cü il dekabrın 1-dən etibarən Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo hava limanlarında, Moskva yaxınlığındakı Jukovski hava limanında və Orenburq vilayətinin Maştakovo yük-sərnişin keçid məntəqəsində eksperiment çərçivəsində əcnəbilərdən, habelə vətəndaşlığı olmayan şəxslərdən biometrik məlumatların toplanmasına başlanılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...