EASA aviaşirkətlərə İran, İraq və Livanın hava məkanından yayınmağı tövsiyə edir
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Yaxın Şərqdə davam edən gərginlik və gələcək hərbi əməliyyatların potensial ehtimalı fonunda aviaşirkətlərə İran, İraq və Livanın hava məkanıda uçuşlar həyata keçirməməyi tövsiyə edir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" EASA-ya istinadən məlumat yayıb.
Bu tövsiyə avqustun 31-dək qüvvədədir.
Agentlik aviaşirkətlərə Bəhreyn, Küveyt, İsrail, İordaniya, Qətər, Oman, BƏƏ və Səudiyyə Ərəbistanının hava məkanında uçuşlar zamanı ehtiyatlı olmağa dair çağırışın yer aldığı əvvəlki bülleteni geri çəkdiyini bildirib. EASA-nın bu ölkələrlə bağlı yeni tövsiyə xarakterli bülleten yayımlayıb-yayımlamayacağı hələ ki məlum deyil.
Oxşar xəbərlər
ABŞ-də nüvə laboratoriyasında yanğın: radioaktiv maddələr sızdı
ABŞ-nin Cənubi Karolina ştatında yerləşən nüvə kompleksində yanğın baş verib. Hadisə zamanı radioaktiv maddələrin ətraf mühitə sızması qeydə alınıb. Təhlükəsizl...