Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...
Dünya 166

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb.

BAKU.WS xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templə davam edəcəyi təqdirdə həddindən artıq sıxlığın fəlakətli nəticələrə yol aça biləcəyini irəli sürüblər.

Lakin sonrakı illərdə doğum səviyyəsinin azalması bu proqnozun əsaslandığı hesablamaları dəyişib. BMT-nin proqnozlarına görə, dünya əhalisi 2084-cü ildə təxminən 10,3 milyarda çatdıqdan sonra azalmağa başlaya bilər.

Hazırda qlobal təhlükələr sırasında nüvə müharibəsi, iqlim dəyişikliyi və süni intellektin nəzarətdən çıxması ilə bağlı risklər də göstərilir. "Qiyamət saatı" gecə yarısına 85 saniyə qalmış vəziyyətdədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər