Dünyanın ən yaşlı məhbuslarından biri edamdan 8 dəfə yayınıb, 101 yaşında öldü
ABŞ-də ən yaşlı məhbus hesab olunan Frensis Klifford Smit 101 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.
Smit 1950-ci ildə yaxta klubunda gecə gözətçisini öldürməkdə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. O, günahsız olduğunu israrla bildirib. İş üzrə digər saxlanılan şəxs isə istintaqla razılaşaraq Smitin əleyhinə ifadə verib.
Lakin bir müddət sonra Smitə çıxarılan hökmün düzgünlüyü ilə bağlı hüquq-mühafizə orqanlarında da şübhələr yaranıb. Belə ki, bəzi şahidlər əvvəlki ifadələrindən imtina edib, başqa bir məhbus isə cinayəti törətdiyini etiraf edib. Polis hətta Smitin hadisə yerində ümumiyyətlə olmaya biləcəyini də istisna etməyib.
Nəticədə onun edamı 8 dəfə təxirə salınıb.
1954-cü ildə Smitin ölüm hökmü ömürlük həbs cəzası ilə əvəzlənib. O, ümumilikdə 70 il həbsxanada qalıb.
2020-ci ildə Smit yaşlı məhbuslar üçün nəzərdə tutulan qocalar evinə köçürülüb. Müəssisənin nümayəndəsinin sözlərinə görə, o, yuxuda, yaşla əlaqədar səbəbdən dünyasını dəyişib. Daha sonra Smitin cənazəsi kremasiya olunub.
Qeyd edək ki, Smitin işi ABŞ-da ölüm hökmünün tətbiqi və məhkəmə qərarlarının düzgünlüyü ilə bağlı uzun illər müzakirə olunan nümunələrdən biri hesab edilir.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Avqustun ən güclü...
Günəşdə avqust ayı üçün rekord sayılan güclü partlayış qeydə alınıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu...