Dünyanın ən məşhur və bahalı kazinolarının QAYDA-QANUNLARI

Dünyada ən böyük investisiyalarla tikilən lüks kazino-resort kompleksləri sırasında ABŞ, Sinqapur və Çində yerləşən obyektlər xüsusilə diqqət çəkir.
BAKU.WS-in məlumatına görə, ən bahalı kazino Las Veqasdakı "Aria" hesab olunur. Bu məkan "CityCenter" kompleksinin bir hissəsi olaraq 8,5 milyard dollar dəyərində inşa edilib.
Sinqapurda yerləşən "Marina Bay Sands" isə 8 milyard dollar investisiya ilə tikilib və gündəlik təxminən 25 min ziyarətçi qəbul edir. Bu ziyarətçilərin üçdə biri yerli sakinlərdir və onlar üçün giriş haqqı tətbiq olunur.
Sinqapurun digər nəhəng kompleksi "Resorts World Sentos"a 5,2 milyard dollara başa gəlib və yalnız kazino deyil, həm də "Universal Studios" və akvarium kimi əyləncə mərkəzlərini birləşdirir.
Las Veqasdakı "Wynn & Encore" kompleksi 5 milyard dollar, Makao şəhərində yerləşən The Venetian isə 2,4 milyard dollar sərmayə ilə inşa olunub. Ən çox tanınan kazinolardan biri olan Bellagio isə 1,6 milyard dollar dəyərindədir.
Makao şəhərində fəaliyyət göstərən City of Dreams mega-kazinosu isə dörd hotel, üç oyun sahəsi və ümumilikdə 2,270 otaqla xidmət göstərir.
Dünyanın müxtəlif ölkələrində məsuliyyətli oyun və maliyyə təhlükəsizliyi üçün ciddi qaydalar tətbiq olunur. Sinqapurda yerlilər üçün giriş haqları, şəxsiyyət yoxlaması və sərhəd nəzarəti mövcuddur. Makao və digər Asiya ölkələrində isə pul yuyulmasının qarşısını almaq üçün KYC (Know Your Customer - maliyyə, bank və oyun sektorlarında tətbiq olunan müştərinin şəxsiyyətini və məlumatlarını təsdiqləmə prosesi) və AML (Anti-Money Laundering - "Pul yuyulmasının qarşısının alınması" deməkdir) tələbləri ciddi şəkildə həyata keçirilir.
Bəzi ölkələr, o cümlədən Avstraliya, oyun müddəti və məbləğ limitlərini tətbiq edir. İsveçrədə isə qanun pozan operatorların lisenziyaları geri alınır və 500 min İsveçrə frankına qədər cərimə kəsilə bilir.
Ekspertlər bildirirlər ki, bu qaydalar həm oyunçuların təhlükəsizliyini təmin etmək, həm də maliyyə cinayətlərinin qarşısını almaq məqsədi daşıyır.
Oxşar xəbərlər
Tramp problemi telefonla həll etməyə çalışacaq - VACİB ZƏNGLƏR OLACAQ
Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Vladimir Zelenski və digər Avropa liderləri 4 sentyabr tarixində ABŞ Prezidenti Donald Tramp ilə telefon d...
