Dünyanın ən böyük elektrik gəmisi suya buraxıldı
Avstraliyada dünyanın ən böyük elektriklə işləyən gəmisi suya buraxılıb.
Bu barədə "The Guardian" məlumat yayıb.
Gəmi 130 metr uzunluğa malikdir və Avstraliyanın Hobart limanında təqdim edilib.
Gəminin adı "Hull 096" olaraq təyin edilib və onu "Incat" adlı gəmiqayırma şirkəti istehsal edib.
Qeyd edək ki, gəmi Cənubi Amerika bərə operatoru "Buquebus" tərəfindən sifariş olunub və Argentina paytaxtı Buenos-Ayres ilə Uruqvay arasında, La-Plata çayı üzərində sərnişin daşımaları üçün nəzərdə tutulub.
"Hull 096" tamamilə akkumulyatorlardan alınan elektrik enerjisi ilə işləyəcək. Akkumulyatorların ümumi çəkisi 250 ton, quraşdırılmış gücü isə 40 meqavat-saatdan artıqdır. Şirkət nümayəndələri bu gəmini indiyə qədər həyata keçirdikləri ən iddialı, mürəkkəb və mühüm layihə adlandırıblar.
Qalereya
Oxşar xəbərlər
Tailandda turist avtobusu aşıb, xəsarət alanlar var
Tailandda xarici turistləri daşıyan avtobus qəzaya uğrayıb və 12 nəfər yaralanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Matchon" qəzeti xəbər y...