Dünyada ən çox milyarder yaşayan 10 şəhər

2025-ci ildə dünyanın ən zəngin şəxsləri əsasən 10 şəhərdə cəmlənib.
BAKU.WS xəbər verir ki, Forbes-un yeni hesabatına görə, 3.028 milyarderin təxminən 25 faizi cəmi on şəhərdə yaşayır və onların ümumi sərvəti 3,3 trilyon dollar təşkil edir.
Siyahının ilk pilləsində 123 milyarderlə ABŞ-nin Nyu-York şəhəri yer alır. Bu milyarderlərin ümumi sərvəti 759 milyard dollar dəyərindədir.
Moskva isə bir il ərzində 16 milyarder artımı ilə 90 milyarderə çataraq ikinci sıraya yüksəlib. Onların ümumi sərvəti təxminən 409 milyard dollardır.
Üçüncü yerdə 72 milyarderlə Honq Konq qərarlaşıb. Çin, ilk onluqda üç şəhərlə təmsil olunur: Honq Konq, Pekin və Şanxay.
Mumbai iki pillə geriləyərək altıncı sırada qərarlaşıb – şəhərdə 67 milyarder yaşayır və onların sərvəti 349 milyard dollar olaraq qiymətləndirilir.
Ən çox milyarderə sahib 10 şəhər:
-
Nyu-York – Michael Bloomberg
-
Moskva – Vagit Alekperov
-
Honq Konq – Li Ka-shing
-
London – Len Blavatnik
-
Pekin – Lei Jun
-
Mumbai – Mukesh Ambani
-
Sinqapur – Zhang Yiming
-
San-Fransisko – Dustin Moskovitz
-
Şanxay – Colin Huang
-
Los-Anceles – Peter Thiel
Mütəxəssislər bildirir ki, süni intellekt və texnologiya sahələri yeni sərvətlərin yaranmasında əsas rol oynayır.

Oxşar xəbərlər
Pezeşkian Zərifin istefa ərizəsini qəbul etdi
İran Prezidenti Məsud Pezeşkian strateji məsələlər üzrə vitse-prezident Məhəmməd Cavad Zərifin istefasını qəbul edib. BAKU.WS bu barədə "Azad İran" "Telegram" k...