Dünyada ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlanıb
Qlobal bazarlarda ərzaq məhsullarının qiymətlərində fərqli dinamika müşahidə olunur. Rəsmi beynəlxalq statistikaya görə, bəzi məhsullar bahalaşıb, bəzilərində isə ucuzlaşma qeydə alınıb.
BAKU.WS xəbər verir ki, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən yayımlanan Ərzaq Qiymətləri İndeksinə əsasən, dünya üzrə ən çox bahalaşan məhsullar arasında bitki yağları ön sıradadır. Bu kateqoriyada qiymət artımı qlobal tələbatın yüksəlməsi və təklif məhdudiyyəti ilə izah olunur.
Süd məhsullarında da artım qeydə alınıb. Ət məhsullarının qiymətlərində isə daha məhdud yüksəliş müşahidə edilib.
Eyni zamanda bəzi əsas ərzaq məhsullarında ucuzlaşma baş verib. Taxıl məhsulları üzrə qiymət indeksində azalma qeydə alınıb. Xüsusilə düyü bazarında təklifin artması və ixrac rəqabətinin güclənməsi fonunda ciddi qiymət enişi müşahidə olunub.
Mütəxəssislər bildirirlər ki, qiymət dəyişiklikləri iqlim şəraiti, istehsal həcmi, logistika xərcləri və geosiyasi risklər kimi amillərlə bağlıdır. Qlobal ərzaq bazarındakı dalğalanmaların yaxın dövrdə də davam edəcəyi istisna edilmir.
Oxşar xəbərlər
İranda məktəblər distant təhsilə keçirildi
İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İran Təhsil Nazirliyinin nümayə...