Dünyada BİR İLK: Süni intellekt ƏMƏLİYYATDA
Böyük Britaniyada tibb dünyasında unikal əməliyyat həyata keçirilib. Beyin şişi süni intellektin köməyilə xaric edilib.
BAKU.WS xəbər verir ki, ilk dəfə olaraq cərrahlar real vaxt rejimində fəaliyyət göstərən süni intellekt sisteminin dəstəyi ilə 48 yaşlı xəstənin beynindəki şişi uğurla kənarlaşdırıblar.
Bedfordşir sakini, iki uşaq atası Rıs Hibbert təxminən 1,5 yıl əvvəl yürüş zamanı qəfildən huşunu itirib.
Müayinələr zamanı onun hipofiz vəzində 11 millimetrlik xoşxassəli şiş aşkar olunub. Şiş görmə sinirlərinə təzyiq etdiyi üçün xəstə sürətlə görmə qabiliyyətini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Hipofiz vəzinin beyini qanla təchiz edən əsas arteriyalara və sinir kələflərinə həddindən artıq yaxın yerləşməsi əməliyyatın riskini dəfələrlə artırırdı.
"University College London" xəstəxanasında baş tutan əməliyyat burun boşluğundan daxil edilən incə endoskopik kamera vasitəsilə icra olunub.
Şişin sümük və bərk qişa təbəqəsinin altında, riskli damarların arxasında gizlənməsi onun ən təhlükəsiz xaric etmə nöqtəsini müəyyənləşdirməyi çətinləşdirirdi.
Məhz bu mərhələdə xüsusi alqoritmə malik süni intellekt dövrəyə girib. Sistem əməliyyatın canlı video görüntüsünü anlıq emal edərək cerrahi alətlərin hərəkətini izləyib.
Süni intellekt gizli qalan damar və sinirlərin dəqiq koordinatlarını ekranda işarələyərək həkimlərə ən təhlükəsiz marşrutu göstərib.
Uğurlu müdaxilədən dərhal sonra pasiyentin görmə qabiliyyətində kəskin irəliləyiş qeydə alınıb.
"Gözlərimi açanda elə bildim ki, görmə bucağım 360 dərəcəyə çatdı. Son bir ildə heç vaxt bu qədər aydın görməmişdim. Bu əməliyyat həyatımı mənə geri qaytardı" -deyə o bildirib.
Oxşar xəbərlər
Bu ölkədə "Qərbi Nil" virusuna 232 yoluxma, 19 ölüm halı qeydə alındı
Yunanıstanda "Qərbi Nil" virusuna yoluxma hallarında təhlükəli artım qeydə alınıb. BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, ölkənin Milli İctimai Səhiyyə...