Dünyada 2025-ci ildə ən varlı şəhərin adı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın paytaxtı Tokio "CEOWORLD Magazine" jurnalının tərtib etdiyi dünyanın 300 ən varlı şəhəri siyahısında birinci yeri tutub.
BAKU.WS xəbər verir ki, nəşr Tokionu ÜDM səviyyəsinə görə dünyanın ən varlı şəhəri elan edib.
Jurnalın məlumatına görə, Tokionun ÜDM-i 2,55 trilyon dollara çatıb. Siyahıda ikinci yerdə ÜDM-i 2,49 trilyon dollar olan Nyu-York qərarlaşıb. İlk üçlüyü isə 1,62 trilyon dollarlıq ÜDM ilə digər bir amerikalı nəhəng - Los-Anceles tamamlayır.
Daha sonra siyahıda London (1,47 trln dollar), Seul (1,42 trln dollar) və Paris (1,39 trln dollar) gəlir. Tədqiqatda vurğulanır ki, reytinqdə ilk onluğa düşən şəhərlər dünya ÜDM-nin təxminən üçdə birinə cavabdehdir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...