Dünyaca məşhur aviaşirkət 5,7 milyarda satılır
Dünyanın tanınmış aşağıbüdcəli aviaşirkətlərindən olan "easyJet" 5,7 milyard sterlin dəyərində satınalma təklifini qəbul edib.
BAKU.WS xəbər verir ki, ABŞ-nin özəl investisiya şirkəti Apollo tərəfindən irəli sürülən təklif şirkətin idarə heyəti tərəfindən təsdiqlənib.
Bundan əvvəl easyJet 5,5 milyard sterlinlik başqa bir təklifi dəyərləndirsə də, daha yüksək məbləğ təklif edildiyi üçün həmin danışıqlar dayandırılıb.
Razılaşmaya əsasən, səhmdarlar hər səhmə görə 7,15 sterlin alacaqlar.
Qeyd edək ki, baş qərargahı Londonun Luton hava limanında yerləşən easyJet hazırda 38 ölkədə 164 hava limanına uçuşlar həyata keçirir.
Şirkətin satışı müvafiq tənzimləyici qurumların təsdiqindən sonra rəsmən başa çatacaq.
Oxşar xəbərlər
BMT-dən xəbərdarlıq: 2040-cı ilə qədər dünyada su qıtlığı kəskinləşəcək
2040-cı ilə qədər dünyada suya tələbat mövcud ehtiyatları təxminən 40% üstələyəcək. BAKU.WS xəbər verir ki, bu barədə BMT-nin qiymətləndirməsində bildirilib. Mə...