Dünya ilk böyük iqlim həddini keçdi – alimlərdən ciddi xəbərdarlıq

Dünya istixana qazı emissiyalarının artması nəticəsində ilk böyük iqlim həddini keçib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Exeter Universitetinin rəhbərliyi ilə aparılan beynəlxalq araşdırmaya görə, isti su mərcan rifləri artıq çökmə mərhələsinə daxil olub.
Mütəxəssislər bildirirlər ki, bu proses milyonlarla insanın dolanışığına və dəniz ekosistemlərinə ciddi təsir göstərir. Sənaye dövründən əvvəlki mərhələyə nisbətən temperaturun 1–1,5 dərəcə artması rifləri kritik nöqtəyə çatdırıb.
Hazırda qlobal orta temperatur 1,4 dərəcə təşkil edir. Alimlər xəbərdarlıq edir ki, istilik azalmasa, rifləri qorumaq mümkün olmayacaq. Yüksək dəniz istiliyi artıq 80-dən çox ölkədəki riflərin 80 faizini zədələyib.
Tədqiqatçılar bu vəziyyəti "misli görünməmiş iqlim böhranı" adlandırır. Exeter Universitetinin professoru Tim Lenton riflərin çöküş prosesinin artıq başladığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət milyonlarla insanın qida və gəlir mənbəyini təhlükə altına salır.
Bəzi alimlər isə bəzi mərcan növlərinin hələ də istiləşməyə uyğunlaşa biləcəyini qeyd edir. Tədqiqatçılar təcili və güclü iqlim tədbirlərinin görülməsini vacib sayır.
Oxşar xəbərlər
50 il özünü kor göstərərək dövlətdən pul alıb
İtaliyada 70 yaşlı kişi 50 ildən çoxdur kor olduğunu iddia edərək dövlət tərəfindən əlillik müavinəti alıb. BAKU.WS xəbər verir ki, Vicenzada yaşayan şəxs, iş...
