Dünya əhalisinə növbəti 5 illə bağlı XƏBƏRDARLIQ

Növbəti beş ildən biri tarixin ən isti ili ola bilər.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.
"Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yenicə açıqlanıb və bu hesabat qorxuludur. Proqnoz belədir: 80 faizlik ehtimalla qarşıdakı beş ildən ən azı birinin ən isti olacağı və indiyədək rekord göstərici olan 2024-cü ilin temperaturunu ötəcəyi gözlənilir", - mütəxəssis mətbuat konfransı zamanı bildirib.
Vilfand həmçinin 70 faizlik ehtimalla 2025 və 2029-cu illər üçün orta temperatur artımının 1,5 dərəcədən çox olacağından narahatlığını ifadə edib.
Oxşar xəbərlər
Ukraynaya silah almaq üçün 2,7 milyard dollarlıq vəsait ayrılıb
Böyük Britaniyanın rəhbərlik etdiyi fond vasitəsilə Ukraynaya silah alınması üçün 2 milyard funt sterlinqdən çox (2,7 milyard dollardan çox) vəsait ayrılıb. BAK...
