Dubayda yeni partlayışlar baş verib
Dubayda yenidən partlayış səsləri eşidilib.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, üç güclü partlayışdan sonra bir sıra kiçik partlayışlar baş verib.
Daha əvvəl Dubaydakı Cəbəl Əli limanı yaxınlığında güclü partlayış səsləri eşidilib. Yerli sakinlərin sözlərinə görə, partlayış yerli vaxtla təxminən saat 23:15-də (Bakı vaxtı ilə saat 23:15) baş verib. Uğultu bir neçə kilometr uzaqdan eşidilib.
Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.
Oxşar xəbərlər
ABŞ və Qazaxıstanın Xəzər dənizi vasitəsilə neft tədarükünü müzakirə ediblər
ABŞ-nin Dövlət katibi Marko Rubio Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturu vasitəsilə neftin fasiləs...