Donald Trampa İrana mümkün yeni zərbələrlə bağlı alternativlər təqdim olunub

Donald Trampa İrana mümkün yeni zərbələrlə bağlı alternativlər təqdim olunub
Dünya 60

ABŞ Prezidenti Donald Trampa İranla bağlı mümkün hərbi addımlar üçün bir neçə ssenari təqdim edilib.

BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinə görə, təqdim olunan variantlar arasında Tehrandakı mülki obyektlərə zərbələrin endirilməsi ehtimalı da yer alır. Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri bildiriblər ki, Tramp İrana qarşı hərbi əməliyyatlara icazə verilməsi məsələsini ciddi şəkildə dəyərləndirir, lakin hələlik yekun qərar qəbul edilməyib.

Bununla yanaşı, ABŞ dövlət katibi Marko Rubio şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. "The New York Times"in yazdığına görə, tərəflər Suriya və Qəzza zolağındakı vəziyyətlə yanaşı, İranda baş verən etiraz aksiyalarını da müzakirə ediblər.

Qeyd edək ki, Donald Tramp daha əvvəl açıqlamasında, ABŞ-nin İran rəhbərliyinin etirazçılara qarşı zorakılığa yol verməsi halında, İslam Respublikasına ciddi zərbə endirə biləcəyini istisna etmədiyini bildirib.

Son xəbərlər