Donald Trampa impiçment elan oluna bilər
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də Demokratlar Partiyasının Texasdan olan konqresmeni El Qrin qanunvericilərlə məsləhətləşmədən İrana zərbələr endirilməsi ilə bağlı qərar vediyinə görə Prezident Donald Trampın impiçmentinə dair qətnamə irəli sürüb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qrin ABŞ Konstitusiyasının Konqresə başqa ölkələrə müharibə elan etmək səlahiyyəti verən 1-ci maddəsinin, 8-ci bölməsinin, 11-ci bəndinə istinad edir.
Qətnamədə deyilir ki, Trampın İrana zərbə endirmək qərarı ABŞ üçün bilavasitə təhlükə olmadığı halda səlahiyyətdən sui-istifadədir.
Qrinin fikrincə, bu, ABŞ demokratiyasının pisləşməsinə və avtoritarizmin bərqərar olmasına töhfə verir.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ təyyarələri İranda Fordo, Natanz və İsfahana şəhərlərindəki üç nüvə obyektinə zərbələr endirib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...