Donald Tramp son iki ayda 1,1 milyard dollar itirib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Trampın şəxsi sərvətində ciddi azalma qeydə alınıb.
BAKU.WS "Forbes" jurnalına istinadən xəbər verir ki,, sentyabr ayından bəri Trampın varidatı təxminən 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb.
Jurnal bildirir ki, sərvətin azalmasının əsas səbəblərindən biri Trampa məxsus "Trump Media & Technology Group"un bazar dəyərində yaşanan geriləmədir. Sentyabrda şirkətin bir səhmi 17 dollara yaxın qiymətləndirilirdisə, hazırda qiymət 10,30 dollar həddinə enib.
Bu dəyişiklik Trampın "Forbes" siyahısındakı mövqeyinə də təsir edib. ABŞ lideri hazırda dünyanın ən varlı şəxsləri arasında 595-ci pillədə qərarlaşıb. Müqayisə üçün, sentyabrın əvvəlində o, 7,3 milyard dollarlıq sərvətlə siyahının 201-ci yerində yer almışdı.
Oxşar xəbərlər
Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir?
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra ölkənin siyasi gələcəyi ilə bağlı əsas sual hələ də açıq qalır: Benjamin Netanyahu hakimiyyətdə...