Donald Tramp: İran təslim olmaq üzrədir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ prezidenti Donald Tramp 11 martda G7 liderlərinin onlayn görüşü zamanı İranla bağlı açıqlamalar verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edilib ki, ABŞ prezidenti Donald Tramp bu həftənin əvvəlində keçirilən onlayn görüşdə G7 həmkarlarına "İran təslim olmaq üzrədir" deyib.
Bu xəbəri Amerika xəbər platforması "Axios" G7 rəsmilərinə istinadən yayıb.
Tramp liderlərə "İran təslim olmaq üzrədir" deyərək, ölkədə təslim olmaq qərarını vermək səlahiyyətinə malik heç bir məmurun qalmadığını iddia edib.
ABŞ prezidenti bildirib ki, hamımızı təhdid edən birindən qurtuldum.
Görüş zamanı G7 liderləri Trampı "müharibəni tez bir zamanda bitirməyə" çağıraraq, Hörmüz boğazından keçidin mümkün qədər tez təmin edilməli olduğunu vurğulayıblar.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...