Donald Tramp: Həmişə admiral olmaq istəmişəm
Yeniliklərdən dərhal xəbərdar olun
Ağ Ev rəhbəri Donald Tramp etiraf edib ki, həmişə admiral olmaq arzusunda olub.
BAKU.WS xəbər verir ki, bu barədə o, Yaponiyanın Yokosuka şəhərində yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS George Washington" aviadaşıyıcısında hərbçilər qarşısında çıxış edərkən danışıb.
"Düzünü desəm, mən həmişə admiral olmaq istəmişəm", – deyə Amerika lideri zarafatla bildirib və əlavə edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin komandirləri ilə rəqabət apararaq bu sahədə uğur qazanmasının çətin olacağını düşünür.
Trampın sözlərinə görə, ABŞ silahlı qüvvələri dünya tarixində ən güclü və qüdrətli ordudur.
"Bizim kimi silahlı qüvvə yoxdur, heç yaxın da yoxdur", – deyə o qeyd edib.
O bildirib ki, heç bir ölkənin ABŞ-dəki qədər güclü silahı yoxdur və Amerika ordusu bundan sonra daha da qüdrətlənəcək.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...