Dəvətsiz qonaq çağırılmadığı toylara qatılıb 100 min pul oğurladı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Adana şəhərində qeyri-adi hadisə baş verib. Belə ki, Sinan E. adlı kişi dəvət olunmadığı iki ayrı toy mərasiminə qatılaraq, əvvəlcə tort yeyib, sonra isə hədiyyə zərflərini oğurlayıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə anı təhlükəsizlik kameralarına əks olunub.
İlk hadisədə o, toya dəvət olunmuş kimi qatılıb. Qızıl taxma mərasimi zamanı, "Siz zəhmət çəkməyin, mən zərfi ataram" deyərək, içində pul olan zərfi alıb və boş zərfi pul qutusuna atıb. Bu üsulla təxminən 60 min lirə pul oğurlayıb.
Həmin şəxs bir neçə gün sonra da başqa bir toya qatılıb. Burada da eyni üsulla, "Pulları saya bilərəm" bəhanəsi ilə qutudakı pulları cibinə qoyaraq salondan çıxıb.
Şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və həbs edilib.
Oxşar xəbərlər
Avropa limanlarında 60 min ton Rusiya gübrəsi bloklanıb
Afrika ölkələrinə göndərilməsi nəzərdə tutulan təxminən 60 min ton Rusiya mineral gübrəsi Avropa limanlarında bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Rusiy...