Dəniz üzərindən gələn meteroit səmada YANDI - GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gecə Rusiyanın Qara dəniz sahilləri yaxınlığında kiçik ölçülü meteorit atmosferə daxil olaraq parçalanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Bildirilib ki, ölçüsü bir neçə on santimetr olan kosmik obyekt böyük ehtimalla birbaşa Qara dəniz üzərində dağılaraq atmosferdə yanıb. Hadisə nəticəsində yerə ciddi zərər dəyməsi barədə məlumat verilməyib.
Meteoritin parlaq izi Rusiyanın bir neçə şəhərində də müşahidə olunub. Sakinlər göydə işıqlı iz və qısa müddətli parıltını xüsusilə Novorossiysk, Anapa, Rostov-na-Donu və Krasnodar şəhərlərində gördüklərini bildiriblər.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...