Danimarkanın baş naziri ABŞ-nin Qrenlandiyaya mümkün hücumunun nə ilə nəticələnəcəyindən danışdı
Danimarkanın Baş naziri Mette Frederiksen hesab edir ki, əgər ABŞ Qrenlandiyaya hücum etmək qərarına gəlsə, hər şey bitəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, baş nazir bu barədə "Danmarks Radio"ya verdiyi müsahibəsində bildirib.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək ideyasından daşınacağını gözləməyə dəyərmi sualına Frederiksen mənfi cavab verib:
"Təəssüf ki, ABŞ prezidentinin niyyətinin ciddi olduğunu düşünürəm. Tramp ilə telefon danışığı zamanı Kopenhagenin mövqeyini çatdırdım: ABŞ-nin Danimarka, Qrenlandiya və Farer adaları birliyinin tərəflərindən hər hansı birini ilhaq etməyə haqqı yoxdur".
Oxşar xəbərlər
Qara dənizdə Ukraynaya məxsus pilotsuz kater vurulub
Rusiya Qara dəniz Donanmasının qüvvələri Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kater məhv edib. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müda...