Danimarkada pensiya yaşı 70-ə qaldırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Danimarka Parlamenti 2040-cı ildən etibarən pensiya yaşının 70-ə yüksəldilməsi ilə bağlı qanun layihəsini qəbul edib.
BAKU.WS xəbər verir ki, yeni qərara əsasən, Danimarka 2040-cı ildən etibarən Avropada ən yüksək pensiya yaşına sahib ölkə olacaq. Qeyd edək ki, Danimarka 2006-cı ildən bəri pensiya yaşını ölkədəki orta ömür uzunluğuna əsasən müəyyən edir və hər beş ildən bir bu həddi yenidən nəzərdən keçirir.
Hazırda Danimarkada pensiya yaşı 67-dir. Yeni plana əsasən, bu yaş həddi 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a yüksələcək. Qəbul edilən yeni qanuna görə, 1 yanvar 1971-ci il və ondan sonra doğulanlar üçün pensiya yaşı 70 olacaq.
Qanun layihəsi dünən keçirilən səsvermədə 81 "lehinə", 21 "əleyhinə" səslə qəbul edilib.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...