Daha bir təyyarə qəzası, 3 ölü, 4 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Avstraliyada dəniz təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 4 nəfər yaralanıb.
BAKU.WS haber global-a isttinadən xəbər verir ki, Avstraliyanın Rottnest Adası sahillərində bir dəniz təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qayalıqlara çırpılaraq qəzaya uğrayıb. Təyyarənin Thomson Körfəzi yaxınlığında yerləşən Phillip kayalığına çırpılması nəticəsində 3 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb.
Avstraliya mətbuatının verdiyi məlumata görə, təyyarənin göyərtəsində avstraliyalı pilot, İsveçrə və Danimarkadan olan turistlər də daxil olmaqla 7 nəfər olub.
Qəza nəticəsində avstraliyalı pilot, İsveçrə və Danimarka vətəndaşı olan iki turist həyatını itirib.
Qəzaya münasibət bildirən Qərbi Avstraliya Baş naziri Rocer Kuk mərhumların meyitlərinin dalğıclar tərəfindən təyyarə qalıqlarından çıxarıldığını təsdiqləyib. Baş nazir hadisədən dərin kədər hissi keçirdiyini vurğulayıb və qəzayla bağlı istintaq başladıldığını açıqlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...