Daha bir ölkə BRICS-ə üzv olmaq istəyir
Yeniliklərdən dərhal xəbərdar olun
İndoneziya BRICS-ə üzv olmaq istəyir.
Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin Kazanda keçirilən BRICS sammitinin yekunlarına dair bəyanatında bildirilir.
Qeyd olunur ki, xarici işlər naziri Suqiono "BRICS plus" sammitində İndoneziyaın BRICS-ə qoşulmaq istəyini ifadə edib.
"BRICS-ə qoşulmaq o demək deyil ki, İndoneziya hansısa tərəfi seçir. İndoneziya inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu gücləndirməkdə, qlobal cənubda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, enerji dayanıqlılığına və yoxsulluğun azaldılmasına sadiqliyini nümayiş etdirməkdədir",-deyə nazirliyin bəyanatında deyilir.
İndoneziya XİN əlavə edib ki, ölkə BRICS sammitində qlobal həmrəyliyin əhəmiyyətini təsdiqləyib, Fələstində və Livanda atəşkəsə çağırıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...